Kriştano Ronaldonun anası Maria Dolores dos Santos AvyeroPortuqaliya mediasına oğlu ilə bağlı maraqlı açıqlamalar verir.
Mediainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, futbolçunun anası evlərində Lionel Messi ilə bağlı danışmaq qadağandı: "Messi ilə önəmli bir rəqabəti var. Bu səbəbdən bizim evimizdə Messi haqqında danışmaq qadağandı".
Maria Dolores dos Santos Avyero oğlunun fizi göstəricilərindən də danışıb: "Yuventus"a vurduğu qoldan sonra fiziki göstəriciləri araşdırıldı, bialoji yaşının 23 olduğu ortaya çıxdı. Orta hesabla hər futbolçunun vücudundakı yağ faizi 11 olduğu halda Ronaldoda 7-di. Normal bir futbolçunun əzədə kütləsi 45-46 faizdi, oğlumda isə 50 faizdən artıqdı".
"Bir ana olaraq onunla bağlı yazılar bəzən mənə acı verir. Həddən artıq çox tənqid edirlər, amma o bütün tənqidləri qəbul edə biləcək biridi. Oğlum bir maşın deyil, amma daha 3-4 il yüksək səviyyədə oynaya bilər. Oyunlarını televiziyadan izləməyə üstünlük verirəm. Çünki stadionda atmosfer mənə çox tez təsir edir. Bir dəfə huşumu itirmişdi. Həmin vaxtdan oğlum stadiona getməyimi yasaqladı" deyə Ronaldonun anası bildirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































