FİFA-nın yeni layihə kimi həyata keçirmək istədiyi klublararası dünya çempionatının yeni formatında iştirak edəcək komandalar müəyyənləşib.
Mediainfo.az-ın Apasport.az saytına istinadən məlumatına görə, beynəlxalq futbol qurumu 2021-ci ildə təşkil olunması planlaşdırılan yarışa nəhəngləri dəvət edib.
24 komandanın mübarizə aparacağı turnirdə Avropanı "Real", "Barselona" (hər ikisi İspaniya), "İnter", "Yuventus", "Milan" (hamısı İtaliya), "Bavariya" (Almaniya), "Liverpul", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Ayaks" (Hollandiya) və PSJ (Fransa) təmsil edəcək.
"Köhnə qitə"nin sonuncu təmsilçiləri isə bu komandalar arasından seçiləcək: "Mançester Siti", "Çelsi" (hər ikisi İngiltərə), "Atletiko" (İspaniya), "Porto", "Benfika" (Portuqaliya) və "Borussiya" (Dortmund, Almaniya).
Digər yerlər qitələr üzrə bölüşdürüləcək. Cənubi Amerikaya 3 vəsiqə veriləcək, bu materikin 4-cü komandası Okeaniyanın ən yaxşısı isə pley-offda oynayacaq. Afrika, Asiya, Şimali Amerika konfederasiyalarının hərəsinə 2 yer veriləcək.
Qeyd edək ki, mundial 2021-ci il iyunun 10-dan 28-dək keçiriləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































