Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves iyunda Rusiyada start götürən dünya çempionatında iştirak edə bilməyəcək.
Bu barədə Braziliya yığmasının mətbuat xidmətindən bildirilib.
"Tibbi müayinə Dani Alvesin dünya çempionatında iştirak edə bilməyəcəyini təsdiqləyib", məlumatda deyilir.
"PSJ" klubunun şərəfini qoruyan 35 yaşlı futbolçu Fransa Kubokunun final matçında zədələnib. Bu il D.Alves dünyanın ən titullu futbolçusu adına yiyələnib. "PSJ"-nin apreldə Fransa Liqa Kubokunu qazanması ilə Dani karyerasında 36-cı titulunu qazanıb.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsveçrə, Kosta-Rika və Serbiya ilə görüşəcək.Apa
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






.jpg)

.jpg)














































