İspaniyanın "Barselona" klubu Braziliyanın "Santos" komandasının futbolçusu Rodriqo Silva de Qoisi transfer etməyi planlaşdırır.
17 yaşlı hücumçunun atası Kataloniya təmsilçisi ilə danışıqlar aparmaq üçün Barselonaya gedib.
Futbolçunu yaxından izləyən klub nümayəndələri onu istedadlı oyunçulardan hesab etməklə yanaşı, Neymarla da müqayisə edirlər. Onun klubu ilə müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Gənc futbolçunu heyətinə qatmaq istəyən komanda ən azı 50 milyon avro ödəməlidir.
Qeyd edək ki, Rodriqo Silva de Qois əsas komandada 7 oyun keçirib və 2 qola imza atıb. O, 17 yaşadək futbolçulardan ibarət Braziliya millisində 4 oyunda 3 qol vurub.( report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






.jpg)

.jpg)














































