Türkiyə Kubokunun yarımfinal mərhələsində "Beşiktaş" və "Fənərbaxça" arasında keçirilən və yarımçıq qalan cavab qarşılaşması gözlənildiyi kimi yenə baş tutmayıb.
Qol.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası oyunun mayın 3-də qaldığı yerdən - 57-ci dəqiqədən davam etdirilməsinə qərar vermişdi.
"Beşiktaş" isə oyuna çıxmaqdan imtina etmişdi. Ötən gün "Fənərbaxça" futbolçuları meydanda çıxaraq "Beşiktaş"ı gözləsə də, qonaq komanda oyuna gəlməyib.
Bununla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. Böyük ehtimalla "Beşiktaş"a texniki məğlubiyyət veriləcək və "Fənərbaxça" finala yüksələcək.
Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar vermişdi.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































