Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, oyunların biri İspaniyada, digəri isə Avstriyada baş tutacaq.
"Atletiko Madrid" doğma azarkeşlər önündə İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək. İki komanda arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Cavab oyunu London təmsilçisinin baş məşqçisi Arsen Venger üçün də əlamətdar olacaq. 69 yaşlı mütəxəssis UEFA-nın təşkil etdiyi turnirlərdə baş məşqçi kimi 250-ci matçına çıxacaq.
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone isə texniki zonadan yer almayacaq. Səbəb argentinalı mütəxəssisin ilk görüşdə hakimin qərarına etiraz etdiyi üçün tribunaya göndərilməsidir. Komandaya meydanda tapşırıqları onun köməkçisi German Burqos çatdıracaq. İlk görüşdə qırmızı vərəqə almış Şime Vrsalko da bugünkü matçı buraxacaq.
"Atletiko"ya cavab görüşündə qolsuz heç-heçə də kifayət edəcək. Madridlilər Avropa Liqasında doğma meydanda keçirdiyi son 4 oyunda qələbə qazanıb.
Digər qarşılaşmada isə "Zaltsburq" Fransa "Marsel"ini qəbul edəcək. Fransadakı ilk oyunda "Marsel" rəqibini 2:0 hesabı ilə üstələyib. "Zaltsburq" Avropa Liqasında son 10 ev matçında məğlub olmayıb. Komanda, həmçinin, 38 oyundur doğma meydanda uduzmur.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
3 may
23:05. "Atletiko" (İspaniya) – "Arsenal" (İngiltərə)
İlk oyun - 1:1
Baş hakim: Canluka Rokki (İtaliya)
23:05. "Zaltsburq" (Avstriya) – "Marsel" (Fransa)
İlk oyun - 0:2
Baş hakim: Sergey Karasyov (Rusiya)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































