Çempionlar liqasının İtaliyada "Roma" ilə "Liverpul" arasında keçirilən ikinci yarımfinal oyunu da gərginliyi ilə diqqəti cəlb edib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, ilk dəqiqələrdən hücuma atılan meydan sahibləri qonaqların qapısı ağzında bir neçə təhlükəli vəziyyət yaratsalarda bundan istifadə edə bilməyiblər. Əvəzində oyunun 9-cu dəqiqəsində qonaqların əks-hücum zamanı Mane hesabı açıb. Buraxılan qoldan sonra meydan sahibləri bir müddət özlərinə gələ bilməyiblər. Bununla belə meydan sahiblərinin nadir əks-hücumlarından birində top qonaqların oyunçusu Milnerə dəyərək qapıya daxil və hesab bərabərləşib. Bərabər səviyyədə davam edən oyunun 25-ci dəqiqəsində Veynaldum ikinci topu meydan sahiblərinin qapısından keçirərək onların növbəti dəfə möcüzəyə nail olmaq istəyini boşa çıxarıblar. Birinci hissə elə bu hesabla da başa çatıb. Ikinci hissə də meydan sahiblərinin hücumları ilə başlayıb. 52-ci dəqiqədə Dzeko əla zərbə ilə hesabı bərabərləşdirib. Onu da deyək ki, birinci oyunla müqayisədə meydan sahibləri qonaqların ən təhlükəli hücumçusu Məhəmməd Salahı demək olar tam neytrallaşdıraraq ona öz oyununu göstərmək imkanı vermədilər. "Roma"nın aramsız hücum cəhdləri Naynqolanın 3-cü topu qonaqların qapəsəndan keçirməsi ilə nəticələndi. Oyunun son dəqiqələrində 11 metrlik zərbə ilə daha bir qol vuran "Roma" bununla belə istəyinə çata bilmədi.
Beləliklə Liverpul iki oyunun nəticəsinə görə(6:7) növbəti mərhələyə-finala çıxdı.
Əziz Mustafa
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































