"Real"ın lideri Kriştianu Ronaldo PSJ-nin hücumçusu Neymarın mümkün transferinə münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduz "sambaçı"nın İspaniyaya qayıdacağına inanmır.
Ronaldo PSJ-də maliyyə probleminin olmadığını düşünür: "Neymar PSJ-yə böyük pullar qarşılığında keçdi. Mən Paris klubunun maliyyə sarıdan problem yaşadığına inanmıram. Hətta "Real" astronomik məbləğ təklif etsə belə, PSJ-nin mövqeyində dəyişiklik olacağını düşünmürəm. Mənim fikrimcə, Neymarın indi "Real"a keçidi qeyri-mümkündü. Ola bilsin ki, bu transfer bir neçə ildən sonra baş tutsun. O, hələ gəncdi və Parisdən xoşu gəldiyini güman edirəm. Neymar "Barselona"nı tərk etmək istəyəndə onu orda nə gözlədiyini bilirdi".
Qeyd edək ki, İspaniya mətbuatında Neymarın "Real"a transferinə Ronaldonun qarşı çıxdığı barədə məlumatlar yayılıb.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































