Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
"Real" "Bavariya"nı qəbul edəcək. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion "Real" ardıcıl 3-cü dəfə finala adlamağa çox yaxındır. Lakin almanlar da təslim olmaq fikrində deyillər. Yupp Haynkesin yetirmələri səfərdə qalib gəlib, həlledici matça vəsiqə əldə etmək niyyətindədir.
Hər iki komanda oyuna ideal heyətlə çıxa bilməyəcək. İspanlarda, xüsusən də, müdafiənin sağ cinahındakı problem baş məşqçi Zinəddin Zidanı narahat edir. Belə ki, həm Dani Karvahal, həm də Naço zədədən əziyyət çəkdiyindən, bu mövqedə kimin oynayacağı sual altındadır. Eyni zamanda yarımmüdafiəçi İskonun da oynamamaq ehtimalı var.
"Bavariya"da isə ilk oyunda zədələnən müdafiəçi Jerom Boatenq komandasına kömək edə bilməyəcək. Həmçinin Arturo Vidal da zədədən əziyyət çəkir. David Alaba kollektivə qoşulubsa, dünən fərdi məşqlə kifayətlənən Aryen Robbenin oynayıb-oynamayacağı bəlli deyil.
Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)
1 may
22:45. "Real" (İspaniya) – "Bavariya" (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid, "Santyaqo Bernabeu" stadionu
İlk oyun – 2:1
Apasport
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


