İngiltərənin "Liverpul" klubunun köməkçi-məşqçisi Jelko Buvaç İtaliyada "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü ərəfəsində istefa verib.
"Report"un "Daily Record"a istinadən verdiyi məlumata görə, bosniyalı mütəxəssis komandanın baş məşqçisi Yurgen Kloppla münaqişədən sonra klubu tərk edib. Mənbənin bildirdiyinə əsasən, hər iki şəxsin münasibətləri ciddi şəkildə korlanıb. Buvaç komandanın bugünkü taktiki çalışmalarında iştirak etməyib. O, start heyətin formalaşdırılmasına təsir imkanına da artıq malik deyil.
Buvaç və Klopp 17 il ərzində müxtəlif komandalarda birlikdə işləyiblər.
Qeyd edək ki, "Roma" - "Liverpul" matçı mayın 2-də keçiriləcək. Bu komandalar arasındakı ilk görüşdə İngiltərə komandası 5:2 hesabı ilə qalib gəlib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


