İkinci dəfədir Azərbaycan paytaxtında uğur qazanıram. Bakı mənim üçün uğurlu şəhərdir. Həmişə Bakı haqqında xoş xatirələrim olacaq.
Axar.az xəbər verir ki, bunu Bakıda keçirilən Formula-2 üzrə ikinci əsas yarışda üçüncü yeri tutmuş "Pertamina Prema Theodore Racing" komandasının sürücüsü Nik De Vries deyib.
"Bakı mənim çox xoşuma gəlir. İnsanları çox mehribandırlar. Həqiqətən də gözəl şəhərdir. Paytaxtınızı çox bəyənirəm. Ötən il Bakıda ikinci yeri tutduğum üçün bu şəhər mənim üçün uğurlu hesab oluna bilər", - deyə N.Vries vurğulayıb.
Pilot gələn il də Bakıya gələcəyinə ümidvar olduğunu söyləyib.
Qeyd edək ki, Formula 2 üzrə ikinci əsas yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu altı kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.
Yürüşün qalibi "ART Grand Prix" komandasının pilotu George Russel olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə göstərib. "Carlin" komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, "Pertamina Prema Theodore Racing"in sürücüsü Nik De Vries üçüncü çatıblar.
Ötən il iyunun 23-25-də Bakıda keçirilən Formula 2 turunun ilk yarışında "Pertamina Prema Theodore Racing" komandasının pilotu Çarles Lekrerk qələbə qazanmışdı.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































