Lüis Hemilton: “Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim"

Lüis Hemilton: “Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim"

"Yarışın bu cür yekunlaşacağını təxmin etmirdim. Valtteri Bottas çox yaxşı görünürdü və qələbəyə layiq idi. Sebastyan Fettel də çox sürətli idi".

Bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "Mercedes" komandasının pilotu Lüis Hemilton deyib.

Britaniyalı sürücü bəxtinin gətirdiyini bildirib.

"Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim. Özümü bir qədər qəribə hiss edirəm. Amma bu nəticəni qəbul edirəm. Bu gün bir saniyə də olsun, təslim olmadım. Davamlı hücum edirdim. Lakin yarışı ideal keçirmədim", - deyə Hemilton söyləyib.

Qeyd edək ki, L.Hemilton 1 saat 43 dəqiqə 44 saniyə göstərici ilə rəqiblərini qabaqlaylb. "Ferrari"nin sürücüsü Kimi Raykkonen ikinci, "Force İndia"nın pilotu Serxio Peres üçüncü yeri tutub.Report

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az