Bu gün Bakıda Formula 1 Azərbaycan Qran prisinin Formula 2 sinfi çərçivəsində ilk praktiki sınaq yarışları keçirilib.
Mediainfo.az saytının verdiyi xəbərə görə, bu yürüşlərdə "Çarlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara məsafəni 1:57.136 dəqiqəyə başa vuraraq qalib gəlib.
"Campos Vexatec Racing"komandasının italiyalı pilotu Luka Gyotto 1:57.208 nəticə ilə ikinci olub. "MP Motorsport"komandasının pilotu Ralf Boşunq isə yürüşlərdə 1:57.629 nəticə ilə üçüncü yeri tutub.
Onu da deyək ki, ilk yarış günündə qəzadan son anda qurtarmaq mümkün olub. Belə ki, "BWT Arden" komandasının pilotu Maksimilian Günterın bolidi gözlənilmədən alışıb. Lakın onu söndürmək mümkün olub.
Xatırladaq ki, Bakıda Formula 1 oyunları çərçivəsində hər biri iki pilotla təmsil olunan 10 komanda trasda gərgin mübarizə aparacaq. Bakıda qələbə uğrunda dünyanın məşhur avtopilotları Luis Hamilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas və digərləri mübarizə aparacaqlar. Oyunların qalibi aprelin 29-da məlum olacaq.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


