Çempionlar Liqasında yarımfinal mərhələsinin dünən keçirilən növbəti qarşılaşmasında "Bavariya" Münhendə "Real" Madridi qəbul edib.
Mediainfo.az saytının məlumatına görə, oyun olduqca gərgin mübarizə şəraitində keçib. Almanlar ilk dəqiqələrdən üstünlüyü ələ alaraq bir müddət meydanda ağalıq ediblər. Nəticədə "Bavariya"nın aramsız hücumlarından birində, oyunun 28-ci dəqiqəsində Kimmüx hesabı açaraq meydan sahiblərini hesabda irəli çıxarıb. Buraxılan qoldan sonra tədricən özünə gəlməyə başlayan "Real" birinci hissənin 44-cü dəqiqəsində Marselonun olduqca güclü və gözəl zərbəsi ilə hesabı bərabərləşdirib. İkinci hissənin əvvəllərində Zidan meydana İskonun yerinə Asensionu buraxıb. Bu dəyişiklik öz sözünü deyib. Asensio oyunun 57-ci dəqiqəsində ikinci topu meydan sahiblərinin qapısından keçirərək "Bavariya"nın növbəti mərhələyə çıxma şansını şübhə altına alıb. Ronaldonun meydanda olduğu demək olar hiss edilməyən bu oyun 2:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
25 aprel
"Bavariya" (Almaniya) – "Real" (İspaniya) - 1:2
Qollar: Kimmix, 28 - Marselo, 44, Asensio, 57
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Münhen, "Alyans Arena"
"Bavariya": Ulrayx, Rafinya, Boatenq, Hummels, Kimmix, Xavi Martines, Hames Rodriges, Müller, Robben, Levandovski, Riberi
"Real": Navas, Karvaxal, Ramos, Varan, Ronaldo, Kroos, Modriç, Marselo, Kazemiro, Vaskes, İsko
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


