İtaliyanın "Roma" klubunun idman direktoru Ramon Monçi futbolçu Məhəmməd Salahı İngiltərə "Liverpul"una satmalarının səbəbini açıqlayıb.
Azadinform-un məlumatına görə, 50 yaşlı funksioner bu addımı UEFA-nın tələbləri üzündən satmağa məcbur olduqlarını bildirib.
Monçi deyib ki, 2017-ci il iyunun 30-dək bu satışı həyata keçirməsəydilər, indi Çempionlar Liqasının yarımfinalında oynamazdılar: "Hesablarımız UEFA-nın sərt nəzarəti altında idi. "Roma"ya gəldiyim vaxt Salahdan ötrü 30 milyon avro təklif edirdilər. Amma biz sonradan bonusları nəzərə almaqla məbləği 50 milyon avroya qaldırdıq. Həmin vaxt optimal qərar qəbul etdik. Mən gözləmirdim ki, bundan sonra transfer bazarı ağlını itirəcək".
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 43 qol vurub. Bunlardan 2-si "Roma" ilə Çempionlar Liqasının ilk yarımfinal oyununa təsadüf edib. Salah həm də 2 məhsuldar ötürmə müəllifi olub. Görüş "Liverpul"un 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" mayın 2-də keçiriləcək cavab görüşündə ən azı 3 cavabsız top vurmasa, mübarizəni dayandıracaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































