Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanına start verilib. İlk yarımfinal görüşü "Liverpil"-"Roma" oyunu olduqca maraqlı keçib.
Mediainfo.az saytının verdiyi xəbərə görə,Yurgen Kloppun yetirmələri meydanda bu mövsüm Çempionlar liqasının sürpriz komandası hesab edilən "Roma"ya sözün əsl mənasında futbol dərsi keçiblər. Birinci hissədə Premyer liqanın və dünyanın ən məşhur futbolçusu kimi tanınmağa başlayan Məhəmməd Salah iki dəfə qonaqların torunu silkələyib. İkinci hissədə ingilislər rəqib qapısına daha 3 dəfə yol taparaq hesabı 5:0-a çatdırıblar. Lakin sona 15 dəqiqə qalmış Salahın əvəzlənməsindən sonra ingilislər təşəbbüsü əldən veriblər. Nəticədə "Roma" buraxilan qollardan ikisinin əvəsini çıxa bilib. "Roma"-nın bu dəfə də öz meydanında "Barselona" ilə oyunda olduğu kimi 3 top fərqini aradan qaldıraraq finala yüksəlməyə cəhd edəcəyi gözlənilir. Lakin bütün hallarda "Roma"nın 3 topluq fərqi aradan qaldıra biləcəyi inandırıci görünmür. Çünki "Liverpul" rəqib meydanında daha inamla çıxış edir.
Çempionlar Liqası
Yarımfinal (ilk oyun)
24 aprel
"Liverpul" (İngiltərə) – "Roma" (İtaliya) - 5:2
Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)
Baş hakim: Feliks Brix (Almaniya)
Liverpul, "Enfild Roud" stadionu
"Liverpul": Karius, Aleksander-Arnold, Lovren, Van Diyk, Robertson, Oksleyd-Çemberleyn, Henderson, Milner, Salah, Firmino, Mane
"Roma": Alisson, Fazio, Manolas, Jesus, Florenzi, De Rossi, Strootman, Kolarov, Naynqolan, Cengiz, Ceko
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


