Əl-Küveyt şəhərində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Navaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın himayəsi və Küveyt Karate Federasiyasının (KKF) təşkilatçılığı ilə karate üzrə keçirilmiş 25-ci ölkə çempionatda ölkənin "Əl-Şəbəb" klubu Azərbaycanlı baş məşqci Elnur İbrahim Zülfüqar oğlunun rəhbərliyi altında çempionatda üç yaş qrupu (böyüklər, uşaqlar və gencler-yeniyetmeler) üzrə 1-ci yeri qazanıb.
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən "Report"a verilən məlumata görə, "Əl-Şəbəb" klubunun baş məşqçisi həmyerlimiz E.İbrahimin yetirmələri bir il ərzində bütün kateqoriyalarda birinci olublar.
Klub 2017-2018-ci il mövsümündə ən yüksək xal - 20 xal toplayaraq əsas kuboka da sahib olub. Bu, Küveyt Karate Federasiyası yaranan tarixdən bugünədək ən yüksək nəticədir. Çempionatın bağlanış mərasimi zamanı "Əl-Şəbəb" klubunun baş məşqçisi həmyerlimiz E.İbrahim və onun yetirmələri Küveytin "Əl-Havalli" rayonunun qubernatoru, Vəliəhdin oğlu Şeyx Əhməd Əl-Nafav və KKF-nin prezidenti Mənəhi Əl-Fadli tərəfindən mükafatlandırılıblar, onlara kubok, fəxri fərman və hədiyyələr təqdim olunub.
Karate üzrə dünya və Avropa çempionu E.İbrahim 5 il Küveytin karate üzrə milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. Hazırda isə o, KKF-nin "Əl-Şəbəb" klubunun baş məşqçisi olaraq küveytli karateçiləri ölkə çempionatlarına və beynəlxalq yarışlara hazırlayır. Onun yetirmələri bir çox nüfuzlu yarışlarda yüksək nəticələr əldə ediblər.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


