Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı şahmat azarkeşlərinin böyük ümid bəslədiyi qrossmeysterimiz Şəhriyar Məmmədyarov beşinci dəfə keçiriləcək turnirin ilk turunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb
Digər təmsilçilərimiz – Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çexiyalı David Navara ilə üz-üzə gəlib.
Şəhriyar ağ, Teymurla Rauf isə qara fiqurlarla oynayiblar. Hələlik yalnız bir oyun başa çatıb. Şəhriyar Məmmədyarov-Maqnus Karlsen oyunu sülhlə başa çatıb.
"Shamkir Chess 2018"
19 aprel
I tur
Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748)
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778)
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744)
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704)
Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır











.jpg)

.jpg)









































