Çempionlar Liqasının İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Real Madrid"i arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir.
Əvvəlcə onun həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Twitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar.
Sonra isə cütlüyü telefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.
Qeyd edək ki, Maykl Oliver İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.
Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib. Report
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


