"Roma"nın Çempionlar Liqasında (ÇL) yarımfinala adlaması əfsanəvi futbolçu Françesko Tottinin qeyri-rəsmi saytında geniş yer alıb. 1/4 finalda "Barselona" üzərində tarixi qələbə ilə bağlı dərc edilmiş məqalədə "Qarabağ"ın adı da vurğulanıb.
Müəllif "Yeni bir ümid" başlığını verdiyi yazıda "canavarlar"ın ÇL-dəki parlaq çıxışı təhlil edilib. Bu nailiyyət 1977-ci ildə çəkilmiş "Yeni bir ümid" filmindəki ssenariyə bənzədilib.
Yazar "Roma"nın uğurunda baş məşqçinin rolunu xüsusi vurğulayıb: "Çərşənbə axşamı "Roma" Avropanı, bəlkə də, bütün dünyanı çaşdırdı. Həmin gün "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı və yeni tarix yazdı. Bu, ÇL-də ən böyük geridönüşlərdən biri kimi qəbul olunacaq. Eysebio Di Françeskonun 3-4-1-2 taktiki sxemi master-klass idi. Çünki bu sxemlə "Roma" başdan sona qədər matça diktə etdi. Bunu "Qarabağ" və ya "Krotone"yə yox, Messili "Barselona"ya qarşı etdik".
Məqalədə "Roma"nın yarımfinala "Barselona"dan daha çox layiq olduğu yazılıb: "İspaniyadakı qarşılaşmada böyükhesablı məğlubiyyətə layiq deyildik. Buna görə də, iki oyunun cəmində "Roma" üstün olmalı idi. Bahalı futbolçuları ilə fəxr edən Neymarlı PSJ, Messili "Barselona", De Bruyneli "Mançester Siti", Buffonlu "Yuventus", Keynli "Tottenhem", Azarlı "Çelsi" və Poqbalı "Mançester Yunayted" uğursuzluğa düçar oldu. Əvəzində Florenzi, Xesus, Şik kimi uşaqlar imkansızı gerçəkləşdirdilər. Bu zəfər "Roma" üçün yeni bir dövrün başlanğıcı oldu. Bu başlanğıc Skudetto çempionluğuna apara bilər. "Bavariya", "Real" və "Liverpul" isə heç də "Barselona"dan güclü deyillər. Niyə də Çempionlar Liqasını qazanmayaq? Yolumuz uzun olsa da, yeni bir ümid var".
Qeyd edək ki, "Nou Kamp"da 1:4 hesablı məğlubiyyətdən sonra doğma azarkeşləri önündə "Barselona"nın qapısından 3 cavabsız top keçirən "Roma" Çempionlar Liqasında yarımfinala adlayıb.(apasport)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































