Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçirilib.
APA-nın məlumatına görə, 4 matçın hamısı eyni vaxtda start götürüb.
Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi MOİK yoluna davam edə bilməyib. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan "Arsenal" Rusiyada 2:2 hesablı bərabərliyə nail olaraq fürsəti əldən verməyib.
AL-in sürpriz komandası "Zalsburq" İtaliya təmsilçisi "Latsio"nu doğma azarkeşləri önündə qəbul edib. Səfərdəki 4:2 hesablı məğlubiyyətdən sonra evdə 4:1 hesablı qələbə əldə edən avstriyalılar sürprizə imza ataraq yarım finala yüksəliblər.
Avropa Liqasının bir nömrəli favoriti hesab edilən "Atletiko" Portuqaliyada "Sportinq"lə üz-üzə gəlib. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdura bilib. "Hindular" uduzsalar da, iki oyunun nəticəsinə görə, növbəti mərhələyə keçiblər.
Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutub. Belə ki, "Marsel" "Leyptsiq"lə üz-üzə gəlib. Evdəki minimalhesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük versə də, fransızlar 5:2 hesablı qalibiyyətlə yarımfinala adlayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































