Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Yuventus" səfərdə "Real"a 3:1 hesabıyla qalib gəlsə də, iki görüşün nəticəsinə görə turnirlə vidalaşıb.
"Qafqazinfo" xəbər verir ki, oyundan sonra "Yuventus"un müdafiəçisi Corco Kyellini açıqlama verib. 33 yaşlı müdafiəçi "Real"ın hakimin köməkliyilə yarımfinala yüksəldiyini deyib:
""Real"ın belə şəkildə mərhələ adlaması artıq təəccüblü deyil. Ötən il eynisini "Bavariya"ya etmişdilər. Bu dəfə növbə bizə çatdı. Əlbəttə, biz də son komanda olmayacağıq və siyahı genişlənəcək. Hakimlərin cəsur və vicdan sahibi olması lazımdır. Qəhrəman olmağa çalışmalıdırlar".
Kyellini oyunun son saniyələrində təyin edilən penalti epizodunu dəyərləndirib:
"Əvvəlcədən penalti olduğunu düşünə bilərsiz. Ancaq təkrara baxanda nə qədər gülməli olduğunu anlamaq heç də çətin deyil. Kimsə bizə inanmırdı ki, geri dönüş edək. Növbəti mövsümlərdə bizə fayda verə biləcək oyun nümayiş etdirdik. "Real"ın meydanında 3:0 ön keçdik. Hələ 5-6 qol vura bilərdik. Komandamızla qürur duyuram".
Kyellini oyun zamanı baş hakim Maykl Oliver penalti təyin edərkən "Real"ın futbolçularına "Hakim üçün nə qədər pul verdiniz?" jestini edib.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































