Ötən gecə UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Real" – "Yuventus" oyunu baş tutub. İtalyanların 3:1 hesablı qələbəsi ilə başa çatan matçın ən maraqlı anı 90+2-ci dəqiqədə "Yuventus"un qapısına təyin edilən penalti olub.
Böyük mübahisələrə yol açan 11 metrlik cərimə zərbəsi ətrafında söz-söhbətlər hələ də davam edir.
"Yuventus"un rəhbərliyi, məşqçiləri və futbolçuları hakimin verdiyi qərarı yanlış adlandırıblar. Turinlilərin əfsanəvi qapıçısı Canluici Buffon isə hakimin ürək əvəzinə zibil qutusu daşıdığını bildirib.
Bəs, azərbaycanlı futbol mütəxəssisləri və hakimlər bu epizod haqqında nə düşünür? "Qafqazinfo"ya açıqlama verən mütəxəssislər epizodu belə dəyərləndiriblər:
Anar Salmanov (Sabiq FİFA referisi): "Epizod penaltidir. Hakim doğru qərar verib. Müdafiəçi rəqibi aşkar şəkildə qol vurmaq imkanından məhrum edir. Bu zaman da o topa toxunmur. Qərar düzgündür".
Babək Quliyev (sabiq FİFA referisi): "Epizod penaltidir. Burda başqa şey demək düzgün deyil. Topa oynamadan rəqibini itələyir müdafiəçi. Əgər müdafiəçi topa oynayıb sonra rəqibə toxunsaydı, 11 metrlik cərimə zərbəsi təyin edilməzdi. Amma burda əvvəlcə rəqibi itələyir, sonra topa oynamağa çalışır. Bu düşüncəsiz davranışdır. Hətta sarı vərəqə də verilməlidir. Orda bəlkə də başqa hakim bu qərarı verməzdi. Amma Maykl Oliver qətiyyətli davrandı. Gələcəyin ən perspektivli hakimlərindəndir Oliver. UEFA onun bu qətiyyətini mütləq nəzərə alacaq".
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































