İtalyan futbolu üçün daha bir "qiyamət gecəsi" geridə qaldı. "La Gazzetta dello Sport" 5 ay əvvəl, dünya çempionatından kənar qalan millinin uğursuzluğunu "dünyanın sonu" kimi qiymətləndirmişdisə, bu gün isə italyan mediası "Yuventus"a "yas saxlayır". Apasport.az saytı xəbər verir ki, İtaliyanın müxtəlif media qurumları "Real" – "Yuventus" (1:3) oyununun son saniyələrində baş verən hadisələrə manşetlərində yer veriblər.
"Yuventus" mümkünsüzdən millimetr uzaqlıqda" – "La Repubblica"nın veb-saytı.
"Yuve"nin qəzəbi – "La Repubblica"nın idman əlavəsi.
"Tutto Sport" isə daha çox "Yuventus"un əzminə diqqət çəkib.
"Corriere dello Sport" "Oğurluq" başlığı ilə bütün italyanların hisslərinə "ortaq" olub.
İspaniya idman mediası da matçın baş hakimi Maykl Oliverin qərarlarına geniş yer ayırıb. "Real"ın penalti epizodunda şanslı olduğunu ön plana çıxaran Barselona mərkəzli "Sport" nəşri italyan həmkarları ilə eyni fikirdədi: "Əsrin oğurluğu".
"Real"a yaxınlığı ilə bilinən "Marca" isə tamamilə fərqli fikirdədi: "Penalti var idi".
Qeyd edək ki, oyuna əlavə olunmuş sonuncu dəqiqədə "Yuventus"un qapısına penalti təyin edən referi Maykl Oliver, həmçinin etirazlara görə qolkiper Canluici Buffonu meydandan qovmuşdu.

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır











.jpg)

.jpg)









































