Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
"Real"ının müdafiəçisi Serxio Ramos Çempionlar Liqasında ilk yarımfinal qarşılaşmasını buraxa bilər. Apasport.az saytının məlumatına görə, ispan müdafiəçi növbəti dəfə diskvalifikasiya təhlükəsiylə üz-üzədi.
Belə ki, "Yuventus"la cavab matçını tribunadan izləmək məcburiyyətində qalan Ramos sonuncu dəqiqələrdə aşağı düşərək, texniki zona yaxınlığında komanda yoldaşlarına dəstək verib. Kapitanın bu hərəkəti UEFA-nın protokol qaydalarına ziddi.
Qeyd edək ki, Serxio Ramos məhz diskvalifikasiya səbəbindən "Santyaqo Bernabeu"da "Yuventus"la görüşdə meydana çıxa bilməmişdi.