Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.
1/4 final mərhələsinin cavab oyunlarından sonra qitənin ikinci ən nüfuzlu klub turnirində mübarizəni davam etdirəcək komandalar bilinəcək. Ötən həftə baş tutmuş ilk matçlara əsasən, evdə Rusiya MOİK-ni 4:1 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi "Arsenal" tapşırığın öhdəsindən böyük ölçüdə gəlib.
İtaliyanın "Latsio" və İspaniyanın "Atletiko" komandaları doğma meydanda 2 top fərqi ilə qalib gəliblər. Lakin "Zaltsburq" və "Sportinq"in də tur keçmək şansları az deyil. Eyni sözü Almaniyada "Leyptsiq"ə 0:1 hesabı ilə uduzan Fransa "Marsel"inə də şamil etmək olar.
Avropa Liqası
1/4 final, cavab oyunları
23:05. "Zaltsburq" (Avstriya) – Latsio (İtaliya)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 2:4
23:05. "Sportinq" (Portuqaliya) – "Atletiko" (İspaniya)
Baş hakim: Milorad Majiç (Serbiya)
İlk oyun – 0:2
23:05. MOİK (Rusiya) – "Arsenal" (İngiltərə)
İlk oyun – 1:4
Baş hakim: Feliks Tsvayer (Almaniya)
23:05. "Marsel" (Fransa) – "Leyptsiq" (Almaniya)
Baş hakim: Born Keypers (Hollandiya)
İlk oyun – 0:1
Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır











.jpg)

.jpg)









































