Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran PRİ yarışları zamanı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, yarışların işçi heyəti və izləyicilərin daşınması ilə əlaqədar olaraq Bakı Metropoliteni qrafikdə dəyişiklik edəcək: "Əsasən tədbirlərin keçiriləcəyi əraziyə yaxın 2 stansiya – "28 may" və "İçərişəhər" stansiyalarında iş qrafiki artırılacaq. Zərurət yaranarsa, gecə saat 02:00-a qədər hər iki stansiya şərnişinlərin girişi üçün açıq olacaq".
N.Paşayev bildirib ki, yarışların keçirildiyi günlərdə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin Təşkilat Komitəsi ilə birgə işləyəcək: "Komitə ilə mütəmadi əlaqə yaradılacaq. Əgər ziyarətçi və iştirakçıların daşınmasına zərurət yaransa, 02:00-a qədər, əks halda isə 01:00-a qədər işləyəcəyik. Əgər ziyarətçilərin daşınması saat 01:00-da başa çatsa, metro stansiyaları da həmin vaxt bağlanacaq. Sərnişinlərin daşınması və mənzil başına çatdırılmasında heç bir problem olmayacaq".
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür











.jpg)





























.jpg)
.jpg)










.jpg)

