"Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. "Qırmızı-qaralar" aprelin 5-8-də Türkiyədə baş tutacaq ənənəvi "İzmir cup"da qüvvəsini sınayacaq.
"Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, məşqçilər Şəhruz Mustafayev və Elçin Rzazadə turnirdə 16 futbolçuya güvənəcək. Bunlar Əli Tahirov, İslam Əbdüləzizov, İlkin Budaqov, Elnur Mustafayev, Mahir Mehdiyev, Sənan Məsimov, Ceyhun Bağırzadə, Nurlan Ağabəyov, Cümə Hüseynov, Ziya Şəkərxanov, Həsən Nəzərli, Samid Əhmədov, Murad Ağamalıyev, Sənan Zəkəriyyəyev, Fərid İsayev və Vüsal Əmirəhmədovdu.
Turnirdə 56 komanda mübarizə aparacaq. Aprelin 6-da keçiriləcək qrup mərhələsinin oyunları keçiriləcək. "Qəbələ" A qrupunda İngiltərənin "Mançester Siti", Hollandiyanın "Alkmaar", Türkiyənin "Qalatasaray", "Çaykur Rizəspor", "Karasu" və "Altay" klublarının U-12 komandaları ilə üz-üzə gələcək.
"Qırmızı-qaralar" ilk turda "Çaykur Rizəspor", ardınca "Karasu" ilə qarşılaşacaq. Növbəti iki matçında "Mançester Siti" və "Qalatasaray"la görüşəcək komanda V turda istirahət edib, sonda "Altay" və "Alkmaar"la üz-üzə gələcək.
Qeyd edək ki, iştirakçıların növbəti mərhələdəki rəqibləri qrupda tutduqları yerlərə əsasən müəyyənləşəcək.(apasport)
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür











.jpg)





























.jpg)
.jpg)










.jpg)

