Futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
İkinci oyun günündə biri İspaniyada, digəri isə İngiltərədə olmaqla, iki matç baş tutub.
Hər iki görüşdə də meydan sahibləri qələbəyə sevinib. İspaniyada "Barselona" İtaliyanın "Roma" klubunu sınağa çəkib. Kataloniya təmsilsiçi bu qarşılaşmada böyük hesablı qələbə qazanıb. İspaniya nəhəngi rəqibini 4:1 hesabı ilə məğlub edib.
Günün digər oyununda isə İngiltərə təmsilçiləri "Liverpul" və "Mançester Siti" "Enfild Roud"da üz-üzə gəlib. "Liverpul" doğma azarkeşlər önündə 3:0 hesablı qələbəyə sevinib.
İlk oyun günündə İspaniya "Real Madrid"i İtaliyada "Yuventus"u 3:0, Almaniya "Bavariya"sı isə İspaniyada "Sevilya"nı 2:1 hesabı ilə yenib. Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçları 10-11 aprel tarixlərində keçiriləcək.
Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
4 aprel
22:45. "Barselona" (İspaniya) – "Roma" (İtaliya) - 4:1
Qol: Daniele de Rossi, 38 (öz qapısına), Konstantinos Manolas, 55 (öz qapısına). Cerard Pike, 59. Luis Suares, 87 - Edin Ceko, 80
Baş hakim: Danni Makkelie
22:45. "Liverpul" (İngiltərə) - "Mançester Siti" (İngiltərə) - 3:0
Qol: Məhəmməd Salah, 12. Aleks Oksleyd-Çemberleyn, 21. Sadio Mane, 31
Baş hakim: Feliks Brix (Almaniya)
Report
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































