Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunları start götürəcək.
İlk oyun günündə biri İtaliyada, digəri isə İspaniyada olmaqla iki matç baş tutacaq.
Turində yarışın ötənilki finalçıları – "Yuventus"la "Real Madrid" qarşılaşacaq. "Qoca sinyora" 1/8 finalda İngiltərə təmsilçi "Tottenhem"i mübarizədən kənarlaşdırdığı halda, "Kral klubu" Fransa çempionu PSJ-nin yolunu kəsib.
Meydan sahiblərinin heyətində Mehdi Benatiya və Miralem Pyaniç cəza, Federiko Bernardeski isə zədə üzündən meydana çıxa bilməyəcək. Aleks Sandro ilə Mario Mancukiçin durumu isə sual altındadır. "Real Madrid" düşərgəsində ciddi itki yoxdur. Yalnız zədəli Naçonun oynayıb-oynamayacağı dəqiq bilinmir.
Günün digər qarşılaşması Əndəluziyada "Sevilya" ilə "Bavariya" arasında olacaq. Avropa Liqasındakı nailiyyətləri ilə ad çıxaran meydan sahibləri anoloji uğuru qitənin ən nüfuzlu klub turnirində də qazanmaq istəyirlər. Sonuncu dəfə 2012/13 mövsümündə ÇL-in qalibi olan münhenlilər isə növbəti dəfə kuboku muzeylərinə aparmağı hədəfləyiblər.
İspanlar 1/8 finalda İngiltərə təmsilisi "Mançester Yunayted"dən güclü olublar. Almanlar isə Türkiyə çempionu "Beşiktaş"ı üstələyiblər.
"Sevilya"da Ever Baneqa cəzalı, Xesus Navas izə zədəlidir. "Bavariya" isə uzum müddətdir zədəli olan Manuel Noyerlə Kinqsli Komanın xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki ilk oyunu aprelin 4-də keçiriləcək. "Liverpul" "Mançester Siti"ni, "Barselona" isə "Roma"nı qəbul edəcək.
Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
3 aprel
22:45. "Yuventus" (İtaliya) – "Real Madrid" (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
22:45. "Sevilya" (İspaniya) - "Bavariya" (Almaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
Report
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































