Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
Avropa Futbol qurumu Albaniyanın son çempionu "Skenderbeu" cəzalandırıb.
Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, klub 10 il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Buna albanların danışılmış oyunlarda iştirak etməsi səbəb olub.
Məlumata əsasən, UEFA intizam Komitəsi komandanın adını 50-dən çox danışılmış oyunda qeyd edib.
"Skenderbeu"nun 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib. Bundan əlavə klub 1 milyon avro cərimə olunub.