Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
"Barselona" ciddi itki ilə üzləşib.
Azadinform xəbər verir ki, komandanın müdafiəçisi Luka Din zədələnib.
Fransa millisinin üzvü yığmanın düşərgəsində olarkən əzələsindən zədə alıb. Tibbi müayinədən keçdikdən sonra onun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, 24 yaşlı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində "Roma" ilə aprelin 4-də və 10-da keçiriləcək oyunları buraxacaq.