2018/2019 mövsümünə transfer hazırlıqlarına başlayan "Neftçi" klubu heyətinə yeni futbolçu cəlb edib.
"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb. O, yeni komandasında 93 nömrəli forma ilə çıxış edəcək.
Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, "Bastiya" və "Orlean" klublarında çıxış edib. Rumıniyanın "Petrolul" və ABŞ-ın "Sportinq Kanzas Siti" klublarında legioner həyatı yaşamış 28 yaşlı futbolçu Haiti milli komandasının şərəfini qoruyur. O, "Petrolul"la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti" ilə isə ABŞ açıq kubokunun qalibi olub.
Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən "Petrolul"un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu "Sportinq Kanzas Siti"də isə 76 oyun keçirib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür












.jpg)





























.jpg)
.jpg)










.jpg)
