UEFA Çempionlar Liqası (ÇL), Avropa Liqası və Superkubok yarışlarının reqlamentində dəyişikliklər edib.
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeniliklər 2018/2019 mövsümündən tətbiq olunacaq. Dəyişikliklərə əsasən, pley-off matçlarında əlavə vaxt zamanı 4-cü əvəzetməyə icazə veriləcək. Hər iki yarışın final oyununda, eləcə də Superkubokda iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq (digər görüşlərdə 18 futbolçu – red.). Beləliklə, ehtiyat oyunçular skamiyasında 12 futbolçu əyləşə biləcək.
ÇL və Avropa Liqasında qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün heç bir məhdudiyyət olmadan 3 futbolçu sifariş edə biləcəklər. Bu, milli çempionatlarda qış "transfer pəncərəsi" zamanı oyunçuların klublarını dəyişməsi ilə bağlı normativlərə uyğundur.
Avropa Liqasında ardıcıl 3 mövsüm və ya ümumilikdə 5 dəfə qalib olan komanda formasında bunu əks etdirən nişanı daşımaq hüququ qazanacaq. Növbəti mövsümdə yarışda iştirak edəcəyi təqdirdə, İspaniyanın "Sevilya" klubu bunu edə biləcək. Əndəlüslər 5 dəfə Avropa Liqasında birinci yeri tutublar. Eyni ənənə ÇL-də də var.
ÇL və Avropa Liqasında oyunların başlama saatlarında da dəyişiklik olacaq. ÇL-də pley-off, qrup mərhələsi, 1/8, 1/4 və 1/2 final və final matçları Avropa vaxtı ilə saat 21:00-da başlayacaq (hazırkı Bakı vaxtı ilə saat 23:00). Həmçinin, qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüş saat 18:55-də start götürəcək. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.
Avropa Liqasında qrup mərhələsindən 1/8 finaladək olan görüşər saat 18:55-də və 21:00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 21:00-da başlayacaq.
UEFA görüşlərin başlama saatlarına dəyişiklik etmək hüququna malikdir.
UEFA Super Kuboku uğrunda oyun saat 21:00-da start götürəcək. Dəyişiklik bu il avqustun 15-də Estoniyanın paytaxtı Tallində baş tutacaq matça da şamil olunur.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































