Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində növbəti turun görüşləri keçirilib.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib.
Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalıSergey Karyakinlə 2-3-cü yerləri bölüşür. Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib.
Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri - Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür












.jpg)





























.jpg)
.jpg)










.jpg)
