Bu yay dünya futbolunda transfer rekordu yenidən qırıla bilər.
Qaynarinfo xəbər verir ki, Məhəmməd Salahın "Liverpul"dan başqa kluba keçməsi yeni rekordla nəticələnəcək.
İndiyədək "Real", "Barselona" və PSJ miisirli ulduz üçün İngiltərə klubuna müraciət edib. "Liverpul" Salah üçün 200 milyon funt-sterlinq (227 milyon avro) transfer haqqı müəyyənləşdirib. Düzdü, "Liverpul" onu satmaq istəmir. Amma böyük klubların israrı ingilisləri geri çəkilməyə məcbur edəcək. Salah özü də karyerasını "Real"da davam etdirmək istəyir.
Bu tranfser reallaşsa, Neymarın 222 milyon avroluq rekordu qırılacaq.
Qeyd edək ki, Salah ötən yayda "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub. 25 yaşlı misirli forvard İngilətərə klubunun heyətində meydana çıxdığı 41 matçda 36 qol vurub və 12 məhsuldar ötürmə edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































