Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın "Vitess" klubuna rəhbərlik edəcək.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb. O, işinin icrasına cari mövsüm başa çatdıqdan sonra başlayacaq. Slutski Hollandiyada işləyəcək ilk rusiyalı məşqçi olacaq.
Qeyd edək ki, Erediviziyada çıxış edən "Vitess" 27 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın hazırki baş məşqçisi Henk Freyzer cari mövsümün yekununda postunu tərk edəcək. Son iş yeri İngiltərə "Hall Siti"si olan Slutski karyerası ərzində Rusiyanın müxtəlif komandalarına, o cümlədən Moskva MOİK-inə rəhbərlik edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































