Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
İspaniyanın "Rekrativo" klubu müflis elan edilib. Apasport.az saytının məlumatına görə, bu barədə "AS" nəşri xəbər yayıb.
Bildirilib ki, Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürüb. Belə olan halda isə "Eurosamop" şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.
Maraqlıdı ki, "Rekreativo" İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə - "Barselona"dan 10, "Real"dan isə 13 il əvvəl yaradılıb.