"AFFA-nın İcraiyyə Komitəsində yeddi məsələ müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən, Zeynal Zeynalov çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Çimərlik mövsümünün açılmasına az vaxt qalıb. Buna görə də bu təyinatın məqsədəuyğun olduğunu hesab edirəm".
Mediainfo.az Azadinform-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib bildirib ki, müzakirələr zamanı Azərbaycan Futzal Federasiyasının hesabat məruzəsi dinlənilib: "Yığmanın qarşıdakı yarışlara hazırlıq prosesi və gələcək perspektivləri müzakirə olunub. Həmçinin iclas zamanı 7 mütəxəssisə təqaüdün verilməsi barədə qərar qəbul edilib. Danışılmış oyunlarla bağlı da müzakirələr apardıq. Təəssüflər olsun ki, UEFA tərəfindən bizə yeni sənədlər daxil olub. Gizli saxlandığı üçün bunu mətbuata açıqlamırıq. Amma bununla bağlı ciddi işlər görülür".
Azarkeşlərin sayında azalmanın müşahidə edildiyini vurğulayan E. Məmmədov diqqətə çatdırıb ki, bu, Premyer Liqadakı klubların sayının azlığı ilə bağlıdır. Sumqayıtdakı stadiona baxış zamanı arenanın azarkeşlər üçün kiçik olduğunu müəyyən etdik. Stadionunda oturacaqların sayını 1000-2000 ədəd artırmaq mümkündür ki, bu da azarkeşlərin sayının artmasına səbəb ola bilər. Əsasən azarkeşlərin sayı klubun çıxışından asılıdır. Əgər qələbə olarsa, azarkeşlərin sayı da artar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































