"Oyunçularımı təbrik edirəm. Matçın əvvəlindən sonuna kimi yaxşı oynadılar. Belə bir çətin görüşdə qələbə çox önəmli idi".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının `1/8 finalında PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra deyib.
"Çətin oyun oldu. Bu stadionda oynamaq ağır idi. Möhtəşəm mühit var idi. Buna baxmayaraq, layiqli qələbə qazandıq. Futbolçularıma əhsən! Növbəti mərhələyə keçdiyimiz üçün xoşbəxtik" - deyə fransalı mütəxəssis bildirib.
Z.Zidan ikinci hissədə meydana daxil olan Qaret Beyl haqda da danışıb: "O, daha çox oynamaq istəyir. Qarşıda çox matç var. Hər bir futbolçu mənim üçün önəmlidir. Beyl də onlardan biridir. Bu mərhələdə çox oynamadı. Ancaq növbəti görüşlərdə daha uzun müddət şans qazanacaq".
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür













.jpg)





























.jpg)
.jpg)










.jpg)