Tanınmış türkiyəli məşqçi Mustafa Dənizli həbs oluna bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb həyat yoldaşı Evin Elçinin onun barəsində şikayət etməsidi.
Maraqlıdı ki, ilk olaraq Dənizli özü məhkəməyə müraciət edib. O, boşanmaq mərhələsində olduğu Elçinin 3,5 milyon lirə pul istədiyini, üstəlik, həyat yoldaşının böyük qardaşı tərəfindən döyüldüyünü iddia edib. Elçi isə buna qarşılıq olaraq təcrübəli mütəxəssisin pul müqabilində İstanbuldakı evlərini girov qoyduğunu əsas gətirərək, onu məhkəməyə verib. Elçi iddia edib ki, Dənizli gizli şəkildə onun qolunu çəkib. Saxta sənədin hazırlanmasında ona yardım etdiyi bildirilən bank işçisi də məhkəmədə ifadə verəcək.
69 yaşlı çalışdırıcının qızının ailəsi çətin durumda olduğu üçün bu yola əl atdığı bildirilir. İstanbul Ədliyyə Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə Mustafa Dənizlinin 1 ildən 3 ilə qədər həbs edilməsi tələb olunub.
Qeyd edək ki, Mustafa Dənizli 2013-14 mövsümündə ölkəmizdə "Xəzər Lənkəran" klubunu çalışdırıb.
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















