Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
FİFA "Çelsi" ilə bağlı araşdırmalara başlayıb.
"Çelsi" futbolçu transferi zamanı qayda pozuntularına yol verməkdə ittiham olunur. Məlumata görə, söhbət, 18 yaşa qədər olan 25 futbolçunun transferindən gedir.
Bəzi məlumatlara görə, futbolçuların sayı 25-dən də yuxarı ola bilər. London klubu ittihamları qəbul etmir. FİFA hər hansı qayda pozuntusu aşkar etsə, "Çelsi"yə yeni futbolçuların transferi ilə bağlı qadağa tətbiq olunacaq.
FİFA əvvəllər "Barselona", "Real" və "Atletiko"nu bu qayda pozuntusuna görə cəzalandırıb. (Kaspi.az)