Dino Ndlovunu 1,5 milyon avroya Çinə satan "Qarabağ" Çempionlar Liqasının qalibini transfer edir. Bu barədə "The Herald" nəşri məlumat yayıb.
Bildirilir ki, "Qarabağ" Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunda forma geyinən Xama Billiata elçi düşüb. Azərbaycan çempionunun ona təxminən 500 min Zimbabve dolları (təxminən 900 min manat) təklif etdiyi bildirilir.
Zimbabve yığmasının hücumçusu "Mamelodi Sandaunz"ın yeni müqavilə təklifini rədd edib. Bu səbəbdən baş məşqçi Pitso Osimanenin qəzəbinə tuş gəlib və heyətdən kənarlaşdırılıb. Xama Billiata "Qarabağ"dan başqa Avropanın digər klublarından da təkliflər var.
Klubu ona 2,5 milyon ABŞ dolları qiymət qoyub. İndi "Qarabağ" bu məbləği aşağı salmağa çalışır.
Qeyd edək ki, Xama Billiata karyerasına Zimbabvenin "CAPS Yunayted" klubunda başlayıb. 2010-cu ildə CAR-ın "Ayaks Cape Tovn" klubuna transfer olunub. "Mamelodi Sandaunz" onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda "Transfermarkt" 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub.
Billiat "Mamelodi Sandaunz"la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.
O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 6 qol vurub.Qaynarinfo
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































