Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
"Mançester Yunayted" klubunun futbolçusu Zlatan İbrahimoviç İsveç mətbuatını qapalı irqçilikdə ittiham edib.
Virtualaz.org xəbər verir ki, "Canal+"a müsahibəsində İbrahimoviç deyib: "Onlar hələ də mənə hücumlar edir, razılaşa bilmirlər ki, mən İbrahimoviçəm. Bu başqa bir İsveç futbolçusu olsaydı, mənim yol verə biləcəyim hər hansı səhvə görə həmin futbolçunu müdafiə edərdilər. Bu, bir nöx qapalı irqçilikdir. 100% əminəm ki, bu mövcuddur".
36 yaşlı idmançı əlavə edib ki. soyadı başqa cür olsaydı, onu hətta bank soyğunu törətdiyi halda belə müdafiə edərdilər.
Xatırladaq ki, Zlatan İbrahimoviç 2016-cı ildə İsveç milli komandasında çıxışlarını yekunlaşdırıb.