Yaxşı futbolçulara malik komandanın baş məşqçisi təyin olunduğum üçün çox şadam. Mənə etimad edənlərə təşəkkür edirəm. Bosniya və Herseqovina millisinə lider oyunçular mövcuddur. Görəcəyimiz işlər çoxdu".
Mediainfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu fikirləri Bosniya və Herseqovina millisiin baş məşqçisi təyin olunan Robert Prosineçki deyib.
Təyinatı barədə açıqlama verən millimizin xorvatiyalı çalışdırıcısı yeni komanda ilə çox şeyə qadir olduqlarını bildirib: "Fikrimcə, motivasiyamız çətinlikləri dəf etməyə qadirdi. Yaxın iki gün ərzində rəsmən fəaliyyətə başlayacağıq. İnanıram ki, yaxşı işlər görə biləcəyik. Əsas məsələ pul yox, yaxşı işləməkdi".
Prosineçki keçmiş və indiki iş yerlərini müqayisə də edib: "Bosniya və Herseqovina yığması yüksək keyfiyyətli oyunçulara malik komandadır. Bu komandanın oyun keyfiyyətində, bütün komponentlərdə Azərbaycan millisindən bir addım öndədi. Düşünürəm ki, bradakı işimiz daha keyfiyyətli olacaq. Hamımızın başlıca hədəfi əla nəticələr qazanmaq və komandanı böyük turnirlərə çıxarmaqdı. Çalışacağıq ki, bütün üstün cəhətlərimizdən yararlanaq".
Xatırladaq ki, AFFA son 3 ildə millimizi çalışdıran 49 yaşlı Prosineçkiylə ötən ilin sonunda başa çatan müqaviləni uzatmayıb.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































