"Qalatasaray" keçmiş futbolçusu Emmanuel Ebueyə təklif yollayıb.
Apasport.az saytının məlumatına görə, Fildişi Sahili yığmasının keçmiş futbolçusu İstanbul klubunda uşaq komandalarından birini çalışdıracaq.
Son vaxtlar tamamilə müflisləşən və şəxsi həyatı qaydasında getməyən sağ cinah müdafiəçisi hətta bir neçə dəfə intihar etmək istəmişdi. Onun bu problemlərindən xəbər tutan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim isə vaxtilə rəhbərliyi altında oynamış futbolçunu darda qoymaq istəməyib və işlə təmin edib. Bir müddət əvvəl haqqında HİV xəstəsi olması ilə bağlı xəbərlər dolaşan Ebue həyat yoldaşı ilə boşandıqdan sonra var-dövlətini itirmişdi.
Qeyd edək ki, o, "Arsenal"dan ayrıldıqdan sonra 3 mövsüm "Qalatasaray"da çıxış edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































