Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Elşən Qəniyev Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən kikboksinq üzrə peşkarlar arasında döyüşdə erməni idmançı Albert Arutyunyan üzərində parlaq qələbə qazanıb.
Elşən Qəniyev döyüşlə bağlı təəssüratlarını bölüşüb: "Rəqibim zəif deyildi. Əsas odur ki,rəqibimi məğlub edə bildim. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyevə öz təşəkkümü bildirirəm ki, bizim belə yarışlarda təmsil olunmağımıza öz dəstəyini göstərir. Bu gün ölkədə idmana böyük qayğı var. Bizdə yaradılan şəraitdən istifadə edib,beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək istəyirik".
QEYD:Elşən Qəniyev 12 ildir Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvüdür. 7 qat Azərbaycan çempionudur. WAKO-dan dünya kubokunun müfakatçısıdır. 10-ildən çoxdur ki, Daxili İşlər Nazirliyinin kikboksinq üzrə baş məşqçisi,əməkdar məşqçi Hakim Hacıyevin yanında məşqlərini davam etdirir.
modern.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































