"Real"ın futbolçusu Kriştianu Ronaldo klubun prezidenti Florentino Pereslə görüşəcək. Portuqaliyalı superulduz maaşının artırılmasını istəyir. Ronaldo "Barselona"nın üzvü Lionel Messi və PSJ-nin hücumçusu Neymar da daxil olmaqla, dünyanın bütün futbolçularından çox məvacib almaq niyyətindədi. "Barsa" ilə yeni müqavilə imzalayandan sonra Messinin illik maaşı təxminən 50 milyon avroya bərabər olacaq. Ronaldo isə bunu qəbul edə bilmir. O, 5-ci dəfə "Qızıl top" mükafatını aldıqdan sonra daha artıq məvacibə layiq olduğunu düşünür.
Qeyd edək ki, 32 yaşlı futbolçunun "Real"la hazırkı sözləşməsinin müddəti 2021-ci ilin yayına kimi nəzərdə tutulub. Apasport
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































