"Delfin" MMC "Bakı" Futbol Klubu MMC-ni məhkəməyə verib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Delfin" MMC futbol klubunu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb.
Məhkəmə prosesi zamanı "Bakı" klubu qarşı tərəfdən "pulun tutulması" barədə qarşılıqlı iddia qaldırıb.
Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.
Məhkəmə qərarından narazı qalan "Bakı" Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, "Delfin" MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun şirkətlərindən biridir. Bu MMC "Garant Holding"in tərkibinə daxilir. "Bakı" Futbol Klubu isə "Baghlan Group"un sahibi "Hafka" kimi tanınan iş adamı Hafiz Məmmədovundur.
Xatırladaq ki, "Bakı" Azərbaycanın tanınmış futbol klublarından biridir. Bu komanda iki dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin "Bakı" Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Klub hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə liqalarda "İsgəndər Cavadov Akademiyası" ilə təmsil olunur.Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































