"Çelsi" rəhbərliyi komandanın baş məşqçisi postunda dəyişiklik etməyə qərar verib. Apasport.az saytı xəbər verir ki, bu barədə "Daily Record" nəşri məlumat yayıb.
"Zadəganlar" hazırkı çalışdırıcı Antonio Konte ilə yolları ayırmağı düşünürlər. Əvəzində London klubunun "sükanı arxası"na Karlo Ançelottinin keçəcəyi bildirilir. "Bavariya"dan ayrıldıqdan sonra işsiz qalan mütəxəssis fevraldan etibarən "Çelsi"ni çalışdıracaq.
Hazırda rəhbərlik Ançelotti ilə müqavilənin detallarını müzakirə etməklə məşğuldu.
Qeyd edək ki, İngiltərə çempionatında 17 turdan sonra 35 xal toplayan "Çelsi" turnir cədvəlində 3-cüdü.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































